Naxçıvanda dərslər dayandırılıb? - RƏSMİ

5 Mart 2026 12:39

"Məktəblərimizə heç bir ziyan dəyməyib, tədris prosesi normal qaydada davam edir"

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib. 

Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. 

Aysel
Milli.Az