Bakıda 8-ci mərtəbədən yıxılan oğlan ÖLDÜ

5 Mart 2026 12:01

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb.

O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az