Bölgədə hərbi əməliyyatlar zamanı xəsarət alan Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır.
Bunu Milli.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, indiyə qədər yalnız bir vətəndaşımız yaralanıb və yüngül xəsarət alıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib.
Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Azərbaycanın səfirlikləri və Baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. XİN-in paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur.
Ayxan
Milli.Az