"Türkiyə torpaqlarına doğru raket atılmayıb"

5 Mart 2026 10:13

Türkiyə torpaqlarına doğru raket atılmayıb.

Milli.Az NTV-yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

"İran Ordusu Türkiyənin suverenliyinə hörmətlə yanaşır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün İrana məxsus ballistik raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.

Milli.Az