104 yaşlı qadının doğum günü zamanı yaşına verdiyi reaksiya sosial şəbəkələrdə gündəm olub.
Milli.Az xəbər verir ki, onun səmimi və təəccüblü reaksiyası izləyicilərin üzündə təbəssüm yaradıb.
"Mən 104 yaşındayam?- Ola bilməz" deyə təəccübünü gizlətməyən yaşlı qadın marağa səbəb olub.
Görüntü qısa zamanda sosial mediada yayılıb. Nənəni nəvəsi ilə dialoq diqqət çəkib.
Nəvəsi ona yaşını təsdiqləyərək "Bəli, nənə, 104 yaşın var" dedikdə, qadın yenidən təəccüblə cavab verib:
"Deməli, mən bu qədər yaşamışam? Heç özüm də bilməmişəm. Ölümə nə qaldı ki..."
Bu sözlər izləyicilər tərəfindən həm kövrək, həm də motivasiyaedici kimi qiymətləndirilib. Bir çox sosial şəbəkə istifadəçisi uzunömürlülüyün sirri ilə maraqlanaraq paylaşımın altına yüzlərlə rəy yazıb. Qısa zamanda minlərlə baxış toplayan görüntülər insanların böyük marağına səbəb olub. Şərhlərdə istifadəçilər qadına uzun ömür arzulayıb, onun pozitiv enerjisindən təsirləndiklərini bildiriblər.
Mütəxəssislər isə qeyd edirlər ki, belə yaş həddinə çatmaq həm genetik faktorlar, həm də sağlam həyat tərzi ilə bağlı ola bilər. Hər halda, 104 yaşlı qadının səmimi təəccübü bir daha sübut edib ki, yaş sadəcə rəqəmdir.
Musa
Milli.Az