Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Milli.Az-ın məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam klubunun qələbəsi ilə bitib -3:1
"Köhlən atlar"ın heyətində Emmanuel Addai 6 və 61-ci, Leandro Andrade 63-cü dəqiqədə fərqləniblər. Qonaqların qolunu 31-ci dəqiqədə Karim Rossi vurub. K. Rossi sonuncu dəqiqədə penaltidən yararlana bilməyib.
İlk görüşdə "Şamaxı" 2:1 hesabı ilə qalib gəlsə də, "Qarabağ" yarımfinala vəsiqə qazanıb.
Komanda növbəti raundda "Sabah" - "Qəbələ" (ilk oyun 0:0) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyən (ilk oyun - 0:0) "Zirə" komandası yarımfinalda iştirakını təmin edib.
Milli.Az