"İnsanlar həyatda gözəl obraz oynayırlar. Heç aktyorlar səhnədə belə deyil. Bu, utanc hissinin itməsindən irəli gəlir. Bu da cəmiyyət üçün faciədir. Dünən eyib sayılan, bu gün deyil. Sosial şəbəkədə nələr görürük. Utanc hissi o qədər götürülüb ki, adi baxırsan".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahevrdiyeva "Künc-bucaq" yutub layihəsində danışıb. Aktrisa sosial şəbəkədəki açıq-saçıqlığı tənqid edib.
Aktrisa "Yarımştat" tamaşasında canlandırdığı "Tomka" obrazından söz açıb. O, bildirib ki, yaddaqalan obrazı onun yaradıcılığına zərbə vurub:
"Tomka maçı" ilə məni çox tanıdırlar. İndi də kimsə görəndə, deyir, "Tomka maçı". Amma sənətimə zərbə vurdu. Ondan sonra mənə bu tip rollar verdilər, komediya obrazına çağırdılar. Mən isə dramatik aktrisayam. Rejissorlar hazır materialla oynamağı xoşlayırlar. Rejissorun gücü dəyişdirmə bacarığının olmasıdır. Xaricdə aktyor üçün ssenari yazılır. Bizdə isə bu yoxdur. Bu da insanı ruhdan salır".
Teatrdan danışan N.Allahverdiyeva insanların marağının aşağı olmasından gileylənib:
"Bizdə teatra münasibət yoxdur. Gürcüstanda teatra bilet tapmaq mümkün deyil. Deyirlər ki, bir ay əvvəl satılır. Orada insanlar acından ölür, amma teatra gedir. Biz tamaşaçı gəlişindən ilham almalıyıq. Kameraya oynamaq asandır. Küçədən keçəni gətirib filmə çəkirlər, normal da alınır. Amma onu teatra gətirsən, oynaya bilməz".
Aktrisa seriallara çəkilməməsi haqda "Serallarımız heç cürə yüksələ bilmir. Tamaşaçıya mesajı ötürə bilmir. Ssenarilər zəifdir. Məişət dili işlənir. Dramatik hadisələri yüngülləşdirmək olmaz. Məişət dili komediya janrına aiddir" sözlərini əlavə edib. (axşam.az)
Milli.Az