Sumqayıtda 64 yaşlı kişi güllələndi - FOTO

4 Mart 2026 18:38

Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnərək qətlə yetirilib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

1962-ci il təvəllüdlü Qılman Nəcəfzadə naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırmalardan sonra məlum olacaq./teleqraf

Milli.Az