Sosial şəbəkələrdə Bakının mərkəzində - paytaxt sakinlərinin "Tarqovu" adlandırdığı Nizami küçəsində çəkilmiş evlilik təklifi görüntüləri yayılıb.
Milli.Az xəbər verir ki, video qısa zamanda geniş marağa səbəb olub.
Kadrlarda gəncin sevdiyi xanıma sürpriz şəkildə evlilik təklifi etdiyi əks olunur. Təklif anı ətrafdakı insanların diqqətini çəkib. Hadisə yerində olanlar romantik sürprizi alqışlarla qarşılayıblar və həmin anları mobil telefonları ilə lentə alıblar.
Görüntülərdə cütlüyün həyəcanlı və duyğusal anları əks olunub. Sosial media istifadəçiləri paylaşımın altına çoxsaylı təbrik və xoş arzular yazıblar.
"Tarqovu"da baş tutan bu romantik an şəhər sakinləri arasında xoş əhval-ruhiyyə yaradıb və müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az