İranın atdığı ballistik raket Türkiyədə zərərsizləşdirildi

4 Mart 2026 16:07

İrandan atılan ballistik raket Türkiyə hava məkanına doğru hərəkət edərkən zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçən ballistik raket Türkiyə istiqamətində hərəkət edərkən vaxtında aşkarlanıb. Raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilən hava və raketdən müdafiə sistemləri tərəfindən havada vurularaq zərərsiz hala gətirilib.

Bildirilib ki, Hatay vilayətinin Dörtyol rayonuna düşən raket parçasının təhlükəni dəf edən hava müdafiə sisteminə aid olduğu müəyyən olunub.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Fidan
Milli.Az