“Qarabağ” və “Qalatasaray” eyni hücumçunu istəyir

4 Mart 2026 15:58

"Qarabağ" heyətinə yeni hücumçu cəlb edə bilər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubu "Han-Tenqri" klubunun hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.

"Qarabağ"la yanaşı "Qalatasaray" da Hüseyni heyətinə qatmaq niyyətindədir.

Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçu yetkinlik yaşına çatmadığı üçün onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.

Qəmbərov özəl klub olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.

Milli.Az