ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra BRİKS ölkələrinin qarşılıqlı yardım göstərmək öhdəliyi yoxdur.
Milli.Az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin İrana hərbi yardım edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.
"BRİKS üzvlüyünə silahlı təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri daxil deyil. Bu, fərqli bir təşkilatdır və digər sahələrdə əməkdaşlığa diqqət yetirir", - Peskov bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.
Milli.Az