Əməkdar artist: “Həmişə şalvar da geyinmişəm, qısa geyim də...”

5 Mart 2026 09:05

Əməkdar artist Rühəngiz Allahverdiyeva efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi geyim tərzi və illər öncəki imici ilə bağlı maraqlı məqamlara toxunub.

O, bildirib ki, səhnə fəaliyyəti dövründə müxtəlif üslublara üstünlük verib:

"Həmişə şalvar da geyinmişəm, cins şalvar da geyinmişəm. Qısa geyimlərim də olub, şəkillərimdə var. O vaxt sosial şəbəkələr yox idi, çoxları bilmir. Bilənlər bilir", - deyə sənətçi vurğulayıb.

Allahverdiyeva həmçinin zövqünün hər zaman olduğunu və xarici görünüşü ilə bağlı bir çox işi özü gördüyünü qeyd edib:

"Zövqüm də var. Saç düzümümü özüm edirəm. O vaxt geyimimi, saçımı - hər bir şeyə bacarığım var idi, özüm hazırlayırdım".

Sənətkarın bu açıqlaması sosial mediada maraqla qarşılanıb və izləyicilər tərəfindən müzakirə olunub.

Musa
Milli.Az