Bakıda fərqlənən Trippierin xəyanət qalmaqalı: Ailəsini 21 yaşlı qadına dəyişdi - FOTO

4 Mart 2026 14:30

İngiltərə futbol millisinin və "Nyukasl Yunayted"in müdafiəçisi Kiran Trippier şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 35 yaşlı müdafiəçinin həyat yoldaşından ayrılmasının səbəbi məlum olub.

Təcrübəli oyunçu ailəsini "Only fans" platformasında tanış olduğu 21 yaşlı pornoaktrisaya görə tərk edib. Futbolçunun bu qərarı həm pərəstişkarları, həm də İngiltərə mətbuatı tərəfindən birmənalı qarşılanmayıb.

Bildirilir ki, Tripperin həyat yoldaşı ilə münasibətləri bir müddət əvvəl pisləşsə də, ayrılığın əsas səbəbi futbolçunun gənc modellə yaşadığı eşq macərası olub. Hazırda tərəflər boşanma prosesindədir.

Qeyd etmək lazımdır ki, Kiran Trippier "Nyukasl"ın heyətində Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı hər iki oyunda iştirak edib (6:1, 3:2). Bakıdakı ilk oyunda müdafiəçi qol ötürməsi ilə yadda qalıb və onun ötürməsindən sonra 8-ci dəqiqədə Malik Tiau meydan sahiblərinin qapısına daxil olan altı qoldan birini vurub. Cavab görüşündə isə "Sent-Ceyms Park"da Trippier-in kornerindən sonra Sven Botman başla fərqlənərək "Nyukasl"ın qalib gəldiyi oyunda qapıya yol tapan qollardan birini vurub.

Milli.Az