Son günlər yeni dələduzluq növü yaranıb.
Milli.Az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, naməlum şəxs zəng edərək özünü qonşu kimi təqdim edir. Mənzildə su sızması olduğunu bildirir. Qeyd edir ki, problemi aradan qaldırmaq üçün bəzi avadanlıqlar alınmalıdır.
Bundan sonra kartına müəyyən qədər pul atılmasını tələb edir.
Vətəndaşlara bu tip zəngələrə və mesajlara aldanmamaq tövsiyə olunur.
Mina Mikayılova
Milli.Az