40 yaşlı kişi su arxında ölü tapıldı

4 Mart 2026 11:31

Ağdaşda 40 yaşlı kişi su arxına yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, Aşağı Ləki kəndinin ərazisində fiziki qüsurlu epilepsiya xəstəsi kənd sakini 1986-cı il təvəllüdlü Ömər Hicran oğlu Saadov su arxına yıxılması nəticəsində boğularaq ölüb.

Ö.Saadovun meyiti sudan çıxarılıb, araşdırmalar aparılır.

Milli.Az