Mart ayında bayramlarla əlaqədar olaraq pensiyalar əvvəlkindən daha tez ödəniləcək.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mart ayı üzrə pensiyalar daha erkən veriləcək.
Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının 6-də ödəniləcək.
Daha sonra isə qrafikə uyğun olaraq digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Qeyd edək ki, bui ildən pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunub və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb.
Mehman Əsədov
Milli.Az