İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib.
Azərbaycan XİN-in martın 1-də açıqladığı məlumatına əsasən döyüş olan bölgədə yalnız bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb, vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır.
Ayxan
Milli.Az