Səhhətindəki problemlərə görə dəfələrlə burun əməliyyatı etdirməli olan məşhur müğənni Murat Dalkılıç 13-cü dəfə əməliyyat olub.
Milli.Az xəbər verir ki, bu barədə Dalkılıç sosial media hesabında yazılı açıqlama yayıb.
"Mesajlarınız üçün çox təşəkkür edirəm, cavab vermədiyim üçün məni bağışlayın. Yeni sağalmağa başlayıram. Allaha şükür ki, əməliyyatım yaxşı keçdi. Həkimim dünən yaxşı şeylər dedi, ümidliyik. İnşallah, bu problemi əbədi olaraq həll edəcəyik" deyib.
Sənətçi əməliyyatın uğurlu keçdiyini və sağalma prosesinin başladığını bildirib.
Qeyd edək ki, o, əməliyyatdan əvvəl qısa müddətə polis tərəfindən saxlanıldığını, daha sonra isə planlaşdırılmış əməliyyata alındığını açıqlayıb. Bu səbəbdən ictimaiyyətə vaxtında məlumat verə bilmədiyini qeyd edib. M.Dalkılıç saxlanılması zamanı verdiyi narkotik testinin nəticəsinin mənfi olduğunu və bu barədə bəzi media orqanlarında məlumat yayımlandığını bildirib.
Milli.Az