ABŞ daha bir ölkədə hərbi əməliyyata başladı

4 Mart 2026 10:28

ABŞ Ekvador Silahlı Qüvvələri ilə birlikdə ölkədə terror təşkilatı kimi tanınan qruplaşmalara qarşı yeni hərbi əməliyyata başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin Cənub Komandanlığı "X" hesabında məlumat yayıb.

"ABŞ və Ekvador hərbçiləri terror təşkilatları kimi tanınan yerli qruplara qarşı birgə əməliyyatlar həyata keçirir", - məlumatda deyilir.

Milli.Az