İş adamı qəribə formada basdırılmış halda TAPILDI: Sevgilisi "tələyə salıb" - VİDEO

4 Mart 2026 11:00

İstanbul şəhərinin Arnavutköy rayonunda itkin düşən çinli iş adamının cansız bədəni tapılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, iş adamının meyiti əlləri və ayaqları yapışqan lentlə bağlanmış vəziyyətdə, torpağa dik formada basdırılmış halda aşkarlanıb. Hadisə ərazidə və sosial şəbəkələrdə böyük rezonans doğurub.

İlkin iddialara əsasən, çinli iş adamını tələyə salan onun sevgilisi olub. Bildirilir ki, qadın onu görüş bəhanəsi ilə çağıraraq planlaşdırılmış şəkildə qaçırılmasına şərait yaradıb. Sosial mediada yayılan kadrlarda iş adamının qaçırılma anının əks olunduğu iddia edilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir. Hüquq-mühafizə orqanları cinayətin bütün detallarını və hadisədə iştirak edən şəxslərin sayını müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, baş verən hadisə həm Türkiyə, həm də Çin ictimaiyyətində ciddi narahatlıq yaradıb. 

Qaçırılma anının görüntüsünü təqdim edirik:

Musa
Milli.Az