"ABŞ və İsrailin hərbi əməliyyatları yaxın günlərdə uğursuzluqla nəticələnərək, dayandırılacaq".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü, general Rza Talayinik deyib.
O, ABŞ və İsrailin artıq "çıxılmaz vəziyyətdə" olduğunu bildirib:
"İran Silahlı Qüvvələrinin taktiki imkanları və hərbi gücü düşməni geri çəkilməyə məcbur edəcək. Tehranın cavab addımları və hazırkı hərbi potensialımız elə bir səviyyədədir ki, ABŞ və İsrailin qarşıdurmanı davam etdirmək imkanları tükənmək üzrədir".
Xatırladaq ki, fevralın 28-dən start götürən genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində İranın bir çox strateji şəhərləri, o cümlədən paytaxt Tehran ağır zərbələrə məruz qalıb.
Milli.Az