İran İslam Respublikasında yaşayan və müxtəlif sahələrdə çalışan 126 Rusiya Federasiyası vətəndaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə təxliyə olunub.
Milli.Az xəbər verir ki, Rusiya vətəndaşları onlar üçün ayrılmış avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına aparılıb.
Hazırda Rusiya FHN-ə məxsus İL-76 təyyarəsi Lənkəran hava limanında yerləşir.
Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hücumlarından sonra yüzlərlə Rusiya vətəndaşının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçidi təmin olunub. (APA)
-------------
Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Lənkərana eniş edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS-ın məlumatında deyilir.
Azərbaycanla sərhəd keçid məntəqəsi ilə İranı tərk etmiş Rusiya vətəndaşları xüsusi reyslə ölkələrinə aparılacaq.
Milli.Az