“Muğamat axşamı” konserti təqdim olunub - FOTO

3 Mart 2026 17:55

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti təqdim olunub.

Muğam gecəsində mərkəzin solistləri Hüseyn Məlikov, Könül Xəlilzadə, Məmməd Nəcəfov, Muğam Televiziya Müsabiqəsinin qalibləri Sərxan Bünyadzadə, Nərmin Mirzəyeva və Rəvan Qaçayev çıxış ediblər.

Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental heyət - tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rafael Əsgərov, nağarada Amil Mustafayev müşayiət edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az