Trampın boynuna nə olub? - FOTO

3 Mart 2026 16:41

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi açıqlama yayıb.

Milli.Az xəbər verir ki, həkim CNN-ə açıqlamasında bildirib ki, prezidentin boynunun sağ tərəfində yaranan qızartı profilaktik məqsədlə istifadə etdiyi dəri kreminin təsiridir.

Şəxsi həkimi Şon Barbabella qeyd edib ki, Tramp sözügedən kremdən təxminən bir həftədir istifadə edir və qızartının bir neçə həftə davam etməsi mümkündür. Lakin o, prezidentin niyə bu müalicəyə ehtiyac duyduğunu açıqlamayıb.

Xatırladaq ki, Trampın əllərində vaxtaşırı yaranan göyərmələr də əvvəllər müzakirə mövzusu olub. O, bunu tez-tez əl sıxması və gündəlik yüksək dozada aspirin qəbulu ilə əlaqələndirmişdi.

Fidan
Milli.Az