“Tuğ” Qoruğunda yenidənqurma işlərinə 1.2 milyon manat ayrılıb

3 Mart 2026 16:02

Dövlət Turizm Agentliyi "Tuğ" Qoruğunda tikinti və yenidənqurma işləri üçün müsabiqə elan edib

Milli.Az xəbər verir ki, Dövlət Turizm Agentliyi Xocavənd rayonu, Tuğ kəndində yerləşən "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinin satınalması üçün müsabiqə elan edib.

İşlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 1.200.994 manat olaraq müəyyən edilib.

Ayxan

Milli.Az