“Biz yaxşı oğlanlarıq” - Netanyahu

3 Mart 2026 16:10

İsrailin Baş naziri Benyamin Netanyahu özünü və ABŞ Prezidenti Donald Trampı "pis oğlanlar"la mübarizə aparan "yaxşı oğlanlar" adlandırıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində bildirib.

Netanyahunun sözlərinə görə, əgər İran nüvə silahı əldə etsə, amerikalıların həyatı təhlükə altında olacaq: "Bir şeyi anlamaq lazımdır. Biz pis oğlanlarla mübarizə aparırıq. Biz yaxşı oğlanlarıq. Heç kim Şimali Koreyanın qarşısını almadı, indi onların ballistik raketləri və nüvə başlıqları var. Amma onlar "Amerikaya ölüm!" demirlər. İran Şimali Koreyanın 50 qatıdır. İran sizi məhv etmək istəyir".

Milli.Az