İKTA internet istifadəçiləri üçün yeni bələdçi hazırlayıb

3 Mart 2026 12:14

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internet istifadəçiləri üçün yeni bələdçi hazırlayıb.

Evdə və ofisdə internetin zəif işləməsi hər zaman provayderlə bağlı olmur.

İKTA tərəfindən hazırlanan "Wi-Fi optimallaşdırma tövsiyələri" adlı bələdçi sürətli, stabil və təhlükəsiz internet bağlantısı üçün praktik həllər təqdim edir.

Bələdçidə routerin düzgün yerləşdirilməsi, 2.4 GHz və 5 GHz tezliklərinin düzgün seçimi, Wi-Fi 5 və Wi-Fi 6 standartları arasındakı fərqlər, siqnalın gücləndirilməsi üsulları, həmçinin kibertəhlükəsizlik və açıq Wi-Fi şəbəkələrinin riskləri barədə ətraflı məlumat verilir.

Qeyd olunur ki, bir neçə sadə addım vasitəsilə internet sürətini 5-10 dəfə artırmaq mümkündür.

Daha ətraflı: https://tinyurl.com/bpazxaba

Milli.Az