Türkiyənin Sakarya şəhərində ictimai nəqliyyatda baş verən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Milli.Az xəbər verir ki, məlumata görə, avtobusda yaşlı bir kişi oturacaq üstündə mübahisə yaşadığı protez ayağı olan gəncin üzərinə əyləşib. Yaşlı sərnişin gəncin ona yer vermədiyini düşünərək aqressiv davranış sərgiləyib.
Avtobusdakı digər sərnişinlər vəziyyətə diqqətlə izləyiblər. Görüntülərin yayılmasından sonra sosial mediada məsələ ilə bağlı müxtəlif reaksiyalar səsləndirilib. Bir qrup istifadəçi yaşlı şəxsin davranışını qınayıb, digərləri isə ictimai nəqliyyatda qarşılıqlı anlayış və hörmətin vacibliyini vurğulayıb.
Hadisənin görüntüləri isə müzakirə olunmağa davam edir.
Hüseyn
Milli.Az