Braziliyalı mütəxəssis Luis Filipe "Flamenqo"nun Braziliya Superkuboku və Cənubi Amerika Superkubokunda məğlubiyyətlərindən sonra vəzifəsindən azad olunub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə yerli mətbuat xəbər verib.
Luis Filipe "Flamenqo"ya 2023-cü ildə baş məşqçi təyin edilmişdi. Filipi Luis rəhbərliyi altında komanda daha əvvəl Libertadores Kubokunun qalibi olmuşdu.
Klub rəhbərliyi uğursuz nəticələrdən sonra məşqçini istefa göndərmək barədə qərar qəbul edib.
Milli.Az