Bu ölkədə güclü zəlzələ oldu

3 Mart 2026 10:45

Kamçatkada 5.5 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə TASS-a Petropavlovsk seysmik stansiyasından məlumat verilib.

"Seysmik hadisənin maqnitudası 5.5 olub, episentri Petropavlovsk-Kamçatskdan 242 km aralıda olub. Zəlzələnin ocağı 67 km dərinlikdə yerləşib", - deyə stansiyadan bildirilib.

Sunami xəbərdarlığı verilməyib. Xəbərə görə, sakinlərdən bölgənin Təcili Dispetçer Xidmətinə heç bir zəng daxil olmayıb.

Milli.Az