Hazırkı UFC yüngül çəki çempionu, məğlubedilməz 29 yaşlı ispan-gürcü İliya Topuriya irlandiyalı Konor Makqreqorla döyüşmək istəyini bildirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İliyanın 17 qələbəsi var, bunlardan yalnız ikisi qərarla olub və heç bir məğlubiyyəti yoxdur.
"Kiminlə döyüşmək istərdim? Konorla. Onunla döyüşməyi çox istərdim; həqiqətən də bundan zövq alardım. Bəli, o, 10 il əvvəlki Konor deyil. Amma bu vacib deyil", Topuriya blogger Adin Rozanın YouTube kanalında yayımladığı yayımda deyib.
İspan-gürcü idmançı peşəkar qarışıq döyüş sənətlərində debütünü 2015-ci ilin aprelində edib. O, Şimali Amerika Matador Liqasında 2020-ci ilin oktyabrında yarışmağa başlayıb.
Milli.Az