“657 min nə puldur ki?”

3 Mart 2026 10:00

Aktyor Şəhriyar Əbilov həmkarı Azər Aydəmirə ayrılan 657 min manatdan danışıb. 

Milli.Az xəbər verir ki, "Musavat TV"-yə açıqlama verən sənətçi Aydəmirə dəstək olub:

"657 min manat tarixi film üçün nədir ki? Xaricdə böyük büdcələr xərclənir. Biz sevinməliyik. Azər o pulu cibinə qoymayıb ki".

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) "Aydəmir Entertainment" şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib. 

Audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment" şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.

Milli.Az