"Vilyarreal"la qarşılaşmada vurulan ikinci qol təkcə estetik baxımdan deyil, emosional yükü ilə də yadda qalıb.
Milli.Az xəbər verir ki, 18 yaşlı istedadın möhtəşəm çıxışı xüsusilə tribunadakı anasının reaksiyası ilə daha da təsirli olub.
Xarici mətbuatın yaydığı məlumata görə, matçın 36-cı dəqiqəsində Yamal sağ cinahda topu qəbul edərək bir neçə müdafiəçini ustalıqla keçib. O, zərbəni dəqiq hesablayaraq topu uzaq küncə göndərib. Qoldan sonra stadionda coşqu yaşanıb. Kameralar isə dərhal ən duyğusal anı lentə alıb. Gözləri dolmuş, əlini üzünə apararaq sevinc və qürurunu gizlətməyə çalışan ananı.
Görüş 4:1 hesabı ilə başa çatıb. Final fitindən dərhal sonra Yamal tribunaya yaxınlaşaraq anasını qucaqlayıb. Bu an sosial şəbəkələrdə böyük maraq doğurub və minlərlə paylaşım toplayıb.
Gənc futbolçu oyundan sonra verdiyi açıqlamada xüsusi bir detalı da bölüşüb:
"Bu, karyeramın ilk het-trikidir. Topu anam götürəcək. Bu, mütləq belə olmalıdır".
Beləliklə, Yamal üçün bu qarşılaşma sadəcə növbəti qələbə yox, həm də ailəsi ilə bölüşdüyü unudulmaz bir xatirəyə çevrilib.
Hüseyn
Milli.Az