"Köhnə kişilərdənəm, o qadına qul kimi baxıram"

3 Mart 2026 00:17

"Sevdiyim qız yoxdur. 99 faiz bir-birinə oxşayır. Sədaqətli insan azdır".

Milli.Az xəbər verir ki, bu sözləri "TV Musavat"a aktyor Turkay Cəfərli deyib. O, ailə qurmamasının səbəbini belə açıqlayıb:

"Mən köhnə kişilərdənəm. İndi bir qıza ciddi yanaşan kimi onu sosial mediada paylaşır. Kişiləri sındırmağa ehtiyac yoxdur. Qadınlar birinci özünə baxsın. Nəsə almaq üçün yalvaran qadın mənim üçün kölədən başqa bir şey deyil. Kişi hər şeyi ürəkdən etməlidir".

Milli.Az