Panamanın xarici işlər naziri Azərbaycan səfirini qəbul edib - FOTO

2 Mart 2026 22:58

27 fevral tarixində Panama Respublikasının xarici işlər naziri Xavyer Eduardo Martinez-Aça Vazkes Azərbaycanın bu ölkədə akkreditə olunmuş səfiri Seymur Fətəliyevi qəbul edib.

Milli.Az xəbər verir ki, Mexiko şəhərində, Panamanın Meksikadakı səfirliyi tərəfindən təşkil edilən iqamətgahı xaricdə olan səfirlərlə ilk rəsmi görüş çərçivəsində baş tutan qəbulda, Azərbaycan və Panama arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub.

Milli.Az