Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" tamaşası təqdim olunub.
Tamaşa sevgi, ailə dəyərləri və qadın taleyi haqqında düşüncələr aşılayır. "Gəlinlik paltarı" sadəcə bir toy libası deyil... Bu paltar arzuların, saf hisslərin, qurulan xəyalların rəmzidir. Lakin həyat hər zaman xəyal etdiyimiz kimi olmur. Cəmiyyətin sərt qaydaları və taleyin gözlənilməz dönümləri qəhrəmanları çətin seçim qarşısında qoyur. Tamaşa boyunca insanın xoşbəxtlik uğrunda mübarizəsi emosional səhnələrlə tamaşaçıya təqdim olunur. Bəzən geyinilməyən bir gəlinlik belə bütöv bir taleyin hekayəsini danışa bilər...
Tamaşanın sonunda Teatrın direktoru Laləzar Hüseynova qonaqları səhnəyə dəvət edib.
Natiqlər ayrı-ayrılıqda Hüseynbala Mirələmovun yaradıcılığına münasibət bildirərək, onun toxunduğu mövzuların cəmiyyətimiz üçün çox aktual olduğunu qeyd ediblər.
"Gəlinlik paltarı" tamaşasında quruluşçu rejissor Laləzar Hüseynovanın uğurlu rejissor işindən, cəmiyyətimiz üçün lazım olan problemlərin səhnədə bədii həllinin düzgün tapılmasından, peşəkar aktyor oyunundan danışaraq tamaşanın estetik zövqləri oxşayan möhtəşəm bir tamaşa olduğunu vurğulayıblar.