Beynəlxalq Muğam Mərkəzində bəstəkar Sevda Rəhimovanın " Ömür yollarının sədası" adlı müəllif konserti təqdim olunub.
Proqramda bəstəkarın yaradıcılığını əhatə edən müxtəlif janrlarda əsərlər yer alıb.
Konsert proqramında Əməkdar artistlər İlham Nəzərov, Fəridə Məmmədova, ifaçılar Ərtoğrul Balayev, Rauf Məmmədzadə, Rəğyar Səfərov və Səxavət Məmmədov çıxış ediblər. İfaçıları Xəzər Universitetinin Kamera Orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri Əməkdar müəllim Zülfiyyə Sadıxova, dirijor Hüseyn Kərimovdur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az