Putindən İran müharibəsi ilə bağlı son dəqiqə açıqlaması: "Hazırıq"

2 Mart 2026 19:37

Rusiya Yaxın Şərqdə ümumi vəziyyətin sabitləşdirilməsi məqsədilə mümkün dəstəyi göstərməyə hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə martın 2-də keçirilən telefon danışığı zamanı bildirib.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə baş verən son gərgin hadisələri müzakirə ediblər.

Söhbət zamanı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, eləcə də Tehranın sərt cavab addımları fonunda regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hər iki tərəf bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün atəşkəsin mümkün qədər tez təmin olunmasının və siyasi-diplomatik danışıqlara qayıdışın vacibliyini vurğulayıb.

Rusiya tərəfi regionda sabitliyin bərpası istiqamətində beynəlxalq səylərə töhfə verməyə hazır olduğunu qeyd edib./konkret

Milli.Az