Qanunsuz ov edənlər altı min manat cərimələnib

2 Mart 2026 17:50

İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı həmin şəxslərin Salyan rayonu Məzrəli kənd sakinləri Vəkil Xəlilov, Səydam Şirəliyev, Salyan rayon sakini Mehman Ağayev, Göyçay rayon sakinləri İkram Şükürov, Coşqun Həşimov və Ramil Quliyev olduğu müəyyən edilib, onlardan 3 ədəd ov silahı maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və 6000 manat məbləğində cərimə tətbiq olunub.

Asya
Milli.Az