"Fənərbağça"da ciddi İTKİ: 1 ay oynamayacaq

2 Mart 2026 17:05

Türkiyənin "Fənərbağça" klubu ciddi itki ilə üzləşib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, komandanın portuqaliyalı cinah müdafiəçisi Nelson Semedo zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Məlumata görə, futbolçu Superliqanın XXIV turunda "Antalyaspor"a qarşı keçirilən görüşdə zədələnib. Tibbi müayinədən sonra onun sol diz nahiyəsindən xəsarət aldığı müəyyənləşib.

Həkimlərin rəyinə əsasən, Semedo təxminən dörd həftə ərzində komandasına kömək edə bilməyəcək. Təcrübəli oyunçunun apreldə yenidən meydana dönməsi gözlənilir.

Qeyd edək ki, həmin qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Hüseyn
Milli.Az