Türkiyə gömrükdə azərbaycanlı qadının çamadanından çıxanlar GÜNDƏM OLDU - VİDEO

2 Mart 2026 16:10

Türkiyədə fəaliyyət göstərən hava limanlarından birində qeyri-adi hadisə qeydə alınıb.

Milli.Az xəbər verir ki, gömrük nəzarəti zamanı Azərbaycan vətəndaşı olan bir qadının baqajı yoxlanılarkən çamadandan müxtəlif ərzaq məhsulları aşkar edilib. Məlumata görə, yükün içərisində dondurulmuş toyuqlar, dırnaq məhsulları, eləcə də bir neçə növdə yemək və şirniyyat olub.

Hadisə gömrük əməkdaşlarının diqqətini çəkib və məsələ ilə bağlı araşdırma aparılıb. Qida məhsullarının ölkəyə gətirilməsi ilə bağlı qaydaların pozulub-pozulmadığı dəqiqləşdirilir.

Fakt sosial mediada da maraqla qarşılanıb və istifadəçilər arasında müzakirələrə səbəb olub. 

Musa
Milli.Az