İngilis klubunun avtobusu cərimələndi - FOTO

2 Mart 2026 15:40

İngiltərənin "Nottinqem Forest" klubunun avtobusu səfər oyunu ərəfəsində cərimələnib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, komandanın nəqliyyat vasitəsi "Brayton"la oyun öncəsi şəhərdə parklanma qaydasını pozub.

Hadisə qarşılaşmadan əvvəl baş verdiyi üçün sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Öz növbəsində azarkeşlər zarafatla bunun futbol tarixində oyundan əvvəl verilən ilk "xəbərdarlıq" olduğunu yazıblar.

Milli.Az