Bakıda bu "Mall" bağlanır

2 Mart 2026 15:00

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Mall"lardan biri bağlanır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonunda, "Yeni Yasamal" kimi tanınan ərazidə yerləşən "Yasamal Mall" bağlanır. 

Tezliklə sözügedən ticarət mərkəzinin yerləşdiyi obyektdə supermarket şəbəkələrindən birinin açılması nəzərdə tutulur.

Mehman Əsədov
Milli.Az