Ad gününə görə Dubaya getmişdi, qayıda bilmir

2 Mart 2026 15:54

Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən çıxa bilmir.

Milli.Az xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

"Tbilisi meri həftəsonu Əbu-Dabidə idi. Mövcud vəziyyətlə əlaqədar olaraq, o, hələlik təyyarə ilə geri qayıda bilmir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Milli.Az