İdman zalında halı pisləşən 49 yaşlı şəxs ÖLDÜ

2 Mart 2026 14:35

Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb.

Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib.

Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Milli.Az