İran Netanyahunun ofisini vurub? - YENİLƏNİB

2 Mart 2026 16:21

İsrail İranın Netanyahunun ofisinə raket hücumu barədə xəbərləri təkzib edib.

Milli.Az xəbər verir ki, bu barədə İsrail mediası "məlumatlı mənbəyə" istinadla məlumat yayıb.

Milli.Az

______________
Saat - 14:41

İran bu səhər İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb:

"İran bu səhər Netanyahunun ofisinə zərbələr endirib və onun taleyi hələ də məlum deyil".

Eyni zamanda, İsrail Hərbi Hava Qüvvələri komandanının olduğu əraziyə də zərbə endirilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Milli.Az