Ana bütün övladlarını iftara çağırdı, təkcə onu YOX - VİDEO

2 Mart 2026 14:15

Türkiyədə Ramazan ayı zamanı lentə alınan bir görüntü sosial şəbəkələrdə geniş rezonans doğurub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iftar süfrəsi ətrafında baş verən hadisə qısa müddətdə minlərlə istifadəçini duyğulandırıb.

Yayılan iddialara əsasən, ana övladlarını iftar yeməyinə dəvət etsə də, onlardan biri bu dəvətdən kənarda qalıb. Həmin şəxs isə orucunu tək açdığı anları videoya çəkərək sosial mediada paylaşıb.

Kadrlarda onun evində süfrəni təkbaşına hazırladığı, sakit və kövrək halda iftar etdiyi anlar əks olunub. Video qısa zamanda böyük baxış sayı toplayaraq müxtəlif reaksiyalara səbəb olub.

Bəzi sosial media istifadəçiləri ailədaxili məsələlərin ictimai platformada paylaşılmasını doğru hesab etmədiklərini bildiriblər. Digərləri isə Ramazan kimi müqəddəs bir ayda övladlar arasında ayrı-seçkiliyin xüsusilə ağır və üzücü olduğunu vurğulayıblar.

Onun başına gələn hadisə müzakirə mövzusu olub.

Hüseyn
Milli.Az