Müğənni Elvin Mirzəzadə Dubayda qalıb.
Milli.Az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib.
Dubaya yollanan Elvin uçuşların ləğv edildiyini bildirib:
"Maraqlanan, nigaran qalan dostlar, doğmalar. Tranzit uçuşla martın 3-ü BƏƏ-nin Şarja şəhərinə getməliyəm. Məlum məsələlərə görə hava yolları bağlıdı. Açılıb-açılmaması sual altındadır. Ümid edirəm tezliklə atəşkəs baş tutar, içi mən qarışıq bütün xarici ölkələrdə qalan vətəndaşlarımız vətənə dönər. Diqqətiniz üçün minnətdaram" .
Milli.Az