Osimhen İrana GEDİR

2 Mart 2026 12:30

Nigeriya millisinin heyətinə çağırılan Viktor Osimhen və Vilfred Ndidi ayın sonunda keçiriləcək yoldaşlıq oyunu üçün İrana yollanacaqlar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda "Qalatasaray"da çıxış edən Osimhen və "Beşiktaş"ın formasını geyinən Ndidi İran millisinə qarşı baş tutacaq qarşılaşmada iştirak edəcəklər.

Lakin oyunun məhz İranda keçirilməsi azarkeşlər arasında müəyyən narahatlıq yaradıb. ABŞ-nin dəstəklədiyi İsrail ilə İran arasında davam edən münaqişə fonunda təhlükəsizlik məsələləri sosial mediada geniş müzakirə olunur. Bir çox istifadəçi futbolçuların təhlükəsizliyi ilə bağlı suallar səsləndirib.

Hələlik qarşılaşmanın vaxtı və təhlükəsizlik tədbirləri ilə bağlı rəsmi açıqlama verilməyib. Buna baxmayaraq, Nigeriya millisinin plan üzrə səfəri həyata keçirəcəyi bildirilir.

Hüseyn
Milli.Az